Balta ilə öldürülən gəncin məhkəməsində qadınlar zaldan çıxarıldı
Balta ilə doğranan oğlanın məhkəməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.Təqsirləndirilən şəxslər Mirələkbər Səttarov və Xətai Şirinova Azərbaycan Respublikası CM-nin 120.1.2 maddələri (Qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Hakim məhkəmə başlamazadan əvvəl qeyd etdi ki, hadisədə şahid kimi tanınan Səfərov Gündüzün məhkəməyə məcburi gətirilməsi ilə bağlı Sabunçu rayon prokurorluğuna və polis idarəsinə və DİN-ə yazılı müraciət edilib. Amma o, hələ də, tapılmayıb. Valideynlərinin polisə verdiyi məlumata görə, bir neçə müddətdir ki, ondan xəbər yoxdur. Heç evə də gəlmir.
Bundan sonra hadisədə şahid kimi tanınan Yusif Şərifov ifadə verdi. O, hadisənin necə baş verdiyini və şahidi olduğu məqamlara aydınlıq gətirdi.
Şahid Şərifov Yusif: " Həmin günü çörək almağa gedirdim. Gördüm ki, məhlənin aşağısında, baxçanın qarşısında 5-6 nəfər dayanıb, söhbət edirlər. Amma dava etmirdilər. Mən onlarla görüşüb, çıxıb getdim. Hava da, bir az qaranlıq idi. Üstündən 15-20 dəqiqə keçdikdən sonra səs eşitdim. Bizim hamamla Mirələkbərgilin hamamı birləşikdi. Orada danışanda bizim də, hamamda eşidilir. Kimsə, qışqırırdı. Mən də, qaça-qaça gəldim baxçanın həyətinə. (Red- qətli törətməkdə ittiham olunan Sətdarov Mirələkbər məcburi köçkün olduğu üçün baxçanın binasında ailəsi ilə yaşayır) Gördüm ki, hamamın qapısı açıqdır və içəridə Mirələkbər əlində balta dayanıb və qışqırır ki, yaxına heç kim gəlməsin. Onda gördüm ki, Nihat al qanın içərisində yerdə uzanıb və xırıldayır. Nəfəs alırdı, amma heç nə danışmırdı. Oralar qan ilə dolmuşdu. Mən çox qorxdum və bərkdən qışqırdım. Səsimə anam da, gəldi. Anam çalışırdı ki, Mirələkbəri sakitləşdirsin və içəri keçib, yaralı olan Nihatı götürsün. Amma, Mirələkbər icazə vermirdi. Bu zaman Xətai Şirinov qıraqdan gəldi və baltanı Mirələkbərin əlindən aldı. Bundan sonra ətrafa çoxlu adamlar yığışdı. Anam yaralı olan Nihatın üzünə su tökdü. Gündüz Səfərov isə, onu qucağına alıb, maşınla xəstəxanaya apardı."
Bundan sonra hakim şahid kimi ifadə verən Yusif Şərifovun ifadəsi ilə təqsirləndirilən şəxs Xətai Şirinovun ifadəsinin ziddiyət təşkil etdiyini qeyd etdi. O, xatırlatdı ki, Xətai Şirinov ifadəsində qeyd edib ki, hadisə baş verən zaman hamamın içərisində olub və qapı da, arxadan bağlı olub. Qapını açıb, çölə çıxanda Səfərov Gündüzü görüb.
Təqsirləndirilən şəxs yenidən ilkin dindirilmə zamanı verdiyi ifadəni təsdiqlədi və onun hadisə zamanı hamamda olduğunu və qapının arxadan bağlı olduğunu təsdiqlədi. Xətai Şirinov hakimdən qadınların zaldan çıxarılmasını xahiş etdi və hadisə ilə bağlı mühüm açıqlama verəcəyini qeyd etdi. Qadınlar zalı tərk etdikdən sonra, o, bu hadisəni törətmədiyini və fikrini söyüşlə ifadə etdi. Hakim bunun yolverilməz olduğunu qeyd etdi və tərəfləri sakitləşməyə çağırdı.
Xətai Şirinov ifadəsində qeyd etdi ki, hadisə baş verən zaman mən şokda idim. Dövlət ittihamçısı bu ifadə ilə bağlı çox tutarlı bir sual verdi. Sənin şokda olmağına səbəb nə idi? Əgər hadisədə iştirak etməmişdinsə niyə şokda idin?
Təqsirləndirilən şəxs bu suala cavab verməkdə çətinlik çəkdi. Bu zaman digər təqsirləndirilən şəxs Sətdarov Mirələkbər müdaxilə etdi və Nihatın onun tərəfindən öldürüldüyünü dedi. O, həmçinin qeyd etdi ki, bu hadisədə Şirinov Xətainin əli yoxdur.
Növbəti məhkəmə prosesində şahid qismində Yusif Şərifovovun anası ifadə verəcək.
Xatırladaq ki, dəhşətli qətl hadisəsi 2014- cü il noyabr ayının 19- da Sabunçu rayonu ərazisində baş verib. 1991- ci il təvəllüdlü İsmayılov Nihat Məmmədhəsən oğlu balta və 18 bıçaqla xüsusi amansızlıqla qətlə yetirilib. Cinayət hadisəsi ilə bağlı Sətdarov Mirələkbər və Şirinov Xətai cinayət məsuliyyətinə cəlb edilib.
Mediainfo.az



















































































.jpg)
.jpg)
.jpg)








