Oğlunun törətdiyi əmələ görə işdən çıxarılan vəzifəli şəxsi güllələdilər

Oğlunun törətdiyi əmələ görə işdən çıxarılan vəzifəli şəxsi güllələdilər

12 Aprel 2016 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Bakının Binəqədi rayonunda törədilmiş silahlı insidentin təfərrüatları məlum olub. Məlumata görə, avtomatla güllələnən 1973-cü il təvəllüdlü Qasımov Hüseyn Əli oğlu bir neçə ay əvvələdək yüksək vəzifədə çalışıb. Keçən ilin yayında onun 15 yaşlı oğlu Bərdə şəhəri Bakı prospektində idarə etdiyi avtomobillə Dövlət Sosial İqtisad Kollecinin direktoru Xaləddin Ələkbərovun 18 yaşlı oğlu Həsəni vuraraq öldürüb. Bundan sonra H.Qasımov barəsində xidməti araşdırma başladılıb və o, Bərdə rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini vəzifəsindən kənarlaşdırılıb.

Bildirilir ki, dünənki hadisə zamanı H.Qasımov istiqamətində avtomat silahla 10-a yaxın atəş açılıb. O, canını asanlıqla qurtara bilib və ayaq nahiyəsindən yüngül xəsarət alıb.

Hadisəni törədən 2 nəfər axtarılır. Onların H.Qasımovu hansı səbəbdən qətlə yetirməyə çalışması hələlik dəqiq bilinmir.

Araşdırmalar davam etdirilir.

Mediainfo.az