Beynəlxalq axtarışda olan qadın həbs olundu - Foto

Beynəlxalq axtarışda olan qadın həbs olundu - Foto

28 Aprel 2016 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini Namazqızı Sahibə Lətif qızı həbs edilərək istintaq orqanına təqdim edilib.

Sahibə Namazqızı 18.11.1973-cü ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olub, Bakı şəhər sakinidir.

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib. İnterpol kanalları ilə beynəlxalq axtarışda olub.

Mediainfo.az