Yeganə bankları var idi, o da soyuldu - iqtisadiyyatları çökdü!
Böyük Okeandakı 2000 nəfər əhalisi olan cənnət ada Aitutakinin bir bankı var idi. O da soyuldu...
Kuk adalarına bağlı bu adanın sakinləri varlarını-yoxlarını yeganə banklarına yatırmışdılar. Bələdiyyə sədrinin ifadəsinə görə, 2000 nəfərin iqtisadiyyatı bir gecədə çöküb.
Təhlükəsizlik kameralarını aşa bilən oğrular 2000 min Yeni Zelandiya dolları - yəni təxminən 145 min manatı oğurlayaraq, qeybə çəkiliblər. Bələdiyyə sədri Con Bakster, "Adada hər kəs bir-birini tanıyır. Əgər içimizdən biri bu işi görübsə, çox sarsılarıq. Ada bankı uşaqdan tutmuş böyüyünə kimi, bütün ada xalqına ad idi", - deyə bildirib. Polis isə soyğunun adaya qayıq ilə gələn tətilçilər tərəfindən həyata keçirildiyi ehtimalı üzərində dayanır.
Yeri gəlmişkən, 2000 Yeni Zelandiya dollarım var, harada dəyişə bilərəm?..
Günel Həbib
O.M.