Həbsxanada ailə quran dustaq qadın azadlığa çıxmaq istəyir

Həbsxanada ailə quran dustaq qadın azadlığa çıxmaq istəyir

11 Oktyabr 2016 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərzanə Ağayevanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 24-ə təyin edilib.

Qeyd edək ki, F.Ağayeva 4 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etmədiyindən F.Ağayeva apellyasiya şikayəti verib.

2014-cü il sentyabr ayının 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Rüfət Məmmədovla 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Fərzanə Ağayevanın müraciətləri əsasında onlar nikaha daxil olublar. Bu, Azərbaycanda ilk dəfə iki məhkumun nikaha daxil olması faktı kimi qeydə alınıb.

Mediainfo.az