Dələduz mühasibə 10 il həbs cəzası verildi
Bu gün Ağır Cinayətlər Məhkəməsində keçmiş deputata qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüqar Rəhimovun cinayət iş üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Vüqar Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vüqar Rəhimov zərərçəkmiş Tofiq Hüseynova məxsus "TERM" tikinti şirkətində mühasib vəzifəsində çalışıb.
O, şirkətə məxsus 877 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin məbləğin 537 min manatı ödənilib. Həmçinin sabiq deputat olan T.Hüseynov "Sumqayıt-Çörək" ASC-nin rəhbəridir.
Mediainfo.az
Digər xəbərlər