Prokuror məmurların adından dələduzluq edənlərə cəza istədi

Prokuror məmurların adından dələduzluq edənlərə cəza istədi

26 İyul 2017 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Rahib Salmanov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Alim İbrahimovun 9 il 6 ay, Tərlan Comərdovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Comərdov və A.İbrahimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Onlar Feyzulla Qasımova, Fikrət Qurbanova, Aydın Həsənova və Həsən Yaqubova qarşı dələduzluq ediblər.

Zərərçəkmişlərdən biri - Feyzulla Qasımov Baku Medical Plaza-da baş həkimin müavinidir. Digər zərərçəkmişlər arasında sabiq polis rəisi və digər vəzifəli şəxslər də var.

Bildirək ki, təqdirləndirilən şəxslər vətəndaşları aldadarkən daha yüksək vəzifəli məmurların adlarından da istifadə ediblər.

Mediainfo.az