Avtobusda qadının telefonu oğurlandı
Nizami rayonu ərazisində qadın oğurluğa məruz qalıb.
Ülviyyə Balayeva zərərçəkən qismində 23-cü Polis Bölməsinə şikayət edib. Qadın şikayətində göstərib ki, 131 saylı avtobusda olarkən telefonla danışıb sonra isə onu çantasına qoyub. Ancaq çantanın ağzını bağlamayıb.
Mənzil başına çatdıqda isə telefonunun oğurlandığını görüb. Ü. Balayeva telefonunun 600 manat dəyərində olduğunuda qeyd edib.
Faktla bağlı polis bölməsində araşdırmalara başlanılıb.(olke.az)
Digər xəbərlər