Şabranda kişi meyiti aşkar edildi

Şabranda kişi meyiti aşkar edildi

29 Fevral 2012 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran Rayon Prokurorluğunun məlumatına görə, rayonun Sincanboyad kənd sakini, 1983-cü il təvəllüdlü Əbül Şükürov bu gün qətlə yetirilib. Onun meyiti kəndin kənarındakı kanalın yanında tapılıb. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz şəhər xəstəxanasına gətirilib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.