Bakıda 8 yaşlı qızı maşın vurdu
Qaradağ RPİ-nin məlumatına görə, bu gün saat 14:00 radələrində paytaxtın Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonda yerləşən 274 saylı orta məktəbin yaxınlığında 2-ci sinif şagirdi, 8 yaşlı Aytac Məhərrəmovanı maşın vurub. Şagird ağır vəziyyətdə Klinik Tibbi mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər