
Şəki 2700 yaşını qeyd etdi
Şəkinin yaranmasının 2700 illiyi və "Şəhər günü" ilə əlaqədar Şəki şəhərində bayram tədbirləri keçirilib. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin nümayəndələri, Qazaxıstan, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının və Türkiyənin tanınmış teatr, musiqi və rəqs kollektivləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin şəhər icra hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhərin Azadlıq Meydanında bayram tədbirinin təntənəli açılış mərasimi olub. Mərasimdə çıxış edən Şəki ŞİH-niin başçısı Elxan Usubov zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəki şəhərində ilk dəfə "Şəhər günü" bayramının keçirdilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbir bayram konserti ilə davam etdirilib.
O.M.