Rəhman Rəhmanovun 60 illiyi təntənəli şəkildə qeyd olundu

Rəhman Rəhmanovun 60 illiyi təntənəli şəkildə qeyd olundu

8 May 2017 11:10
Bəyəndim (0) Bəyənmədim (0)
85 yaşlı Kukla Teatrın 60 yaşlı aktyoru

Ötən həftə A.Şaiq adına Kukla Teatrında əməkdar artist Rəhman Rəhmanovun 60 illiyi münasibətilə tədbir keçirildi. Son dərəcə yüksək səvəyyədə hazırlanmış tədbirdə yubilyarın yaxın dostları, ailə üzvləri, sənət yoldaşları iştirak etdilər. Açılışı teatrın rəhbəri, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə etdi. O, Rəhman müəllimi müxtəlif fəxri diplomlarla təltif etdikdən sonra 85 yaşlı teatrın qocaman aktyoruna cansağlığı arzuladı. Daha onra səbəbkarın yaxınları ürək sözlərini bildirdilər.

Rəhman Rəhmanovu Kukla Teatrının kollektivi müxtəlif qısametrajlı tamaşaları ilə təbrik etdilər. Həmçinin azyaşlı aktyor və aktrisalardan ibarət "Oyuq" teatrının üzvləri də bu təbriklərə qoşuldu. Uşaqlar Rəhman müəllimə həsr etdikləri mahnını oxudular.

Müğənnilərdən yalnız mərhum sənətkar Anatolu Qəniyevin oğlu, xalq artisti Heydər Anatollu öz mahnı töhfəsi ilə tamaşaçıları feyziyab etdi.

Tədbirə səbəbkarın illərdir çiyin çiyinə çalışdığı, Azərbaycan səhnəsinə "iki aktyordan ibarət tamaşa" kimi damğasını vurduğu dostu, əməkdar artist Çingiz Əhmədov (Çina) da qatılmışdı. Baxmayaraq ki, son dərəcə passivlik nümayiş etdirdi.

Tamaşaçılar arasında xalq artisti Arif Quliyev, Akademik Milli Dram Teatrının rəhbəri, həmçinin baş rejissoru Azərpaşa Nemətov. xalq artisti Hacı İsmayılov, rejissor-aktyor Qurban Məsimov, ailəvi dostluq münasibətində olduğu rejissor Maarif Məmmədovun aktrisa xanımı Sədaqət Məmmədova və bir çox tanınmışlar var di.

P.S. İllər öncə AzTV-də "Oxu Məni" qəzetinin reklam çarxlarına çəkilmiş, dostluqda sədaqətli, vəfalı, ailəcanlı, qayğıkeş, əzab-əziyyət içində yaşamış, bununla belə, daima Yaradana şükürlər etmiş aktyorun 60 yaşı münasibətilə kollektivimiz, eləcə də rəhbərlik (Natiq Qocayev və Emin Axundov) adından səmimi qəlbdən təbrik edirik! Nəinki balacaların, eləcə də böyüklərin sevimlii olan Rəhman müəllimə cansağlığı, uzun ömür, bitməz-tükənməz tamaşaçı alqışları arzulayırıq!

Hazırladı: Könül AYPARA ("Oxu Məni" qəzeti və Mediainfo.az)