HBO "Harri Potter" serialının ilk treylerini yayımladı

HBO "Harri Potter" serialının ilk treylerini yayımladı

Bəyəndim (1) Bəyənmədim (0)


HBO "Harri Potter" serialının ilk treylerini yayımlayıb. İlk mövsüm yazıçı Coan Roulinqin ilk romanına həsr olunacaq və eyni adlı – "Harri Potter və Fəlsəfə Daşı" adını daşıyacaq. Oxuməni.az “Kommersant”a istinadla xəbər verir ki, HBO Instagramda yeni serialın "bu Milad"da premyerasının olacağını bildirib.
Bundan əvvəl serialın premyerası 2027-ci ildə HBO və HBO Max platformalarında nəzərdə tutulmuşdu. Şou xanım Roulinqin kitablarının sayına uyğun olaraq yeddi mövsüm çəkilməsi planlaşdırılır, o, həmçinin layihənin prodüseri kimi çıxış edib. Harri Potterin özünü 13 yaşlı Dominik Maklaflin, Ron Uizlini 12 yaşlı Alaster Stout, Hermiona Qreynceri isə 12 yaşlı Arabella Stenton canlandıracaq. Serialda həmçinin Nik Frost (Rubius Haqrid), Paapa Essiedu (Severus Sneyp), Con Litqou (Albus Dambldor), Canet MakTir (Minerva MakQonaqal) və Berti Karvel (Kornelius Fac) rol alıblar.
Serialın çəkilişləri 14 iyun 2025-ci ildə başlayıb. Onlar Coan Roulinqin romanları əsasında orijinal franşiza filmlərinin çəkildiyi Böyük Britaniyadakı Warner Bros. Studios Leavesden studiyasında aparılır.
Almaz Həsənli