Vladimir Jirinovski öldü, yoxsa öldürüldü: Onun Rusiyanın hansısa gələcək sirlərini aça biləcəyindən ehtiyat edərək öldürüldüyü ehtimal edilir
Növbəti dəfə Vladimir Jirinovskinin ölməsi xəbəri yayıldı: Əgər bu xəbər düzsə onun öldürüldüyü də istisna edilmir. Bəzi iddialara görə, Ukrayna ilə müharibədə isterik bəyanatları ilə Rusiyanın işğalçılıq müharibəsinə xələl gətirməsin və hansısa sirləri açmasın deyə Kremlin göstərişi ilə uzun müddət həkimlər tərəfindən koma vəziyyətində saxlanılan Jirinovskinin ölməsi daha məqsədəuyğun hesab edilib.
Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.
Oxuməni.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.
Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib.
Qeyd edək ki, daha öncə "Mash" teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.
Qeyd edək ki, Rusiyanın rəsmi dairələrinin düşmən hesab edilən ölkələrə qarşı hədə və şantaj dəyənəyi rolunu həyata keçirən Jirinovski öncədən Gürcüstana müdaxilə, ABŞ-da zənginin prezident seçiləcəyi, Krımın işğalı, Ukraynada Maydan hərəkatı, Donbassın və Luqanskın Rusiya tərəfindən ələ keçiriləcəyi, fevralın 22-də isə Ukraynaya hücum ediləcəyi barədə dəqiqliklə xəbər vermişdi. Əgər Jirinovskinin ölüm xəbəri düzsə, onda onun öldürüldüyü istisna edilməyəcək. Onu da xatırladaq ki, Ukraynaya Rusiyanın hücumundan əvvəl sapsağlam olan Jirinovski gözlənilmədən "korona"ya yoluxaraq vəziyyəti pisləşdi və o, uzun müddət koma vəziyyətində saxlanılırdı...


















































































