Rusiyada Navalnıya dəstək aksiyalarında 100-dən çox insan saxlanılıb

Rusiyada Navalnıya dəstək aksiyalarında 100-dən çox insan saxlanılıb

5 İyun 2023 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 4-də Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edən 100-dən çox insan saxlanılıb, onlardan 55-i Moskvada həbs edilib.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvadakı Puşkin meydanına gələn və "Ad günün mübarək" yazısı olan şarlar, "Rusiyaya qayğı göstər" köynəklər, "Şizo"yazısı olan bir gödəkçə geyinən aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edilib.

Aleksey Navalnıya dəstək aksiyaları dünyanın 120 şəhərində, o cümlədən Yaponiya, Avstraliya, Ermənistan, Gürcüstan və ABŞ-da, həmçinin Rusiyanın Xabarovsk, Krasnoyarsk, Rostov, Kalininqrad, Yekaterinburq, Omsk, Saratov, Moskva və Sankt-Peterburq şəhərlərində keçirilib.

Əziz Baş Göynüklü