Bolqarıstan Ukraynaya hərbi yardımını artıracaq

Bolqarıstan Ukraynaya hərbi yardımını artıracaq

4 İyul 2023 19:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstan Ukraynanı döyüş təyyarələri və tanklarla deyil, əsasən hələ də istifadə oluna bilən köhnə döyüş sursatları ilə təmin edir.

Bolqarıstanın Ukraynaya hərbi yardımı bu il artırılacaq.

Oxuməni.az xəbər verir ki, bunu müdafiə naziri Todor Taqarev deyib.

O, ölkənin silahları Ukrayna ordusunun ehtiyaclarını və Bolqarıstan silahlı qüvvələrinin nə qədər verməyə qadir olduğunu təhlil etdikdən sonra göndərəcəyini bildirib.

“Bolqarıstanın indiyədək göstərdiyi yardım Ukrayna və onun ordusu, eləcə də müttəfiqlərimiz tərəfindən yüksək qiymətləndirilir”, - müdafiə naziri əlavə edib.

O izah edib ki, Bolqarıstan cəmiyyəti Bolqarıstanın Ukraynaya kömək etdiyini bilməlidir, çünki 2022-ci ildə keçirilən rəy sorğuları bolqarların demək olar ki, 70%-nin Kiyevə hərbi yardım göndərilməsinin əleyhinə olduğunu göstərib.

"Ukraynaya göstərilən yardım təkcə təcili hərbi ehtiyacların ödənilməsinə deyil, həm də uzunmüddətli perspektivdə Ukrayna silahlı qüvvələrinin NATO ilə çox yüksək səviyyədə qarşılıqlı fəaliyyətə nail olmasını təmin etməyə yönəlib", - nazir bildirib.

Əziz Salamoğlu