Rusiya "Vaqnerçilər" üçün əvəzedicilər hazırlayır
Rusiya Vaqner muzdlularının qoyub getdiyi çatışmazlıqları ödəmək üçün Ukraynaya daha çox “Kadırovçular” və məhbus göndərməyə hazırlaşır.
Oxuməni.az xəbər verir ki, bu barədə Blomberq-in yaydığı məlumatda deyilir.
Nəşrin yazdığına görə, Ukrayna Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında hücum əməliyyatları aparır və bu, rus bölmələrini yenidən qruplaşmaya vadar edir.
Qeyd olunur ki, Vaqner PMC mayın sonunda Ukraynanın işğal olunmuş bölgələrindən çəkildiyini elan etdikdən sonra Rusiya Baxmuta çoxlu sayda hərbçi köçürüb.
Vaqner PMC lideri Yevgeni Priqojinin üsyanı rus qoşunlarını cəbhədəki ən güclü döyüşçülərdən məhrum etdi. Rusiya Müdafiə Nazirliyi hələlik nə qədər muzdlu əsgərin orduya qoşulmaq üçün müqavilə imzaladığını açıqlamayıb.
Əziz Baş Göynüklü