Lukaşenko : Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Belarus ərazisində deyil

Lukaşenko : Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Belarus ərazisində deyil

6 İyul 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Belarus ərazisində deyil.

Oxuməni.az xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, “Vaqner” döyüşçüləri Rusiyadakı daimi düşərgələrində yerləşdirilib.

Lukaşenko bildirib ki, "Vaqnerçi"lər Belarusda yerləşdirilsə, onlardan ölkənin müdafiəsi üçün istifadə edilə bilər.

"Mənim bu qətiyyən vecimə deyil və narahat da deyiləm. Biz bu döyüşçülərin müəyyən sayını ölkəmizdə yerləşdirəcəyik. Üstəlik, onlardan müəyyən şərtlər daxilində istifadə ediləcək. Əsas şərt odur ki, əgər bu bölmədən dövlətin müdafiəsi üçün istifadə etmək lazımdırsa, anında onları düşmənə qarşı hərəkətə gətirəcəyik”.

Əziz Salamoğlu, Oxuməni.az