Qırx doqquz nəfərin öldüyü yaşayış binası ilə bağlı istintaq tamamlanıb
Türkiyədə məlum zəlzələdə 49 nəfərin öldüyü yaşayış binası ilə bağlı istintaq tamamlanıb.
Tamamlanmış istintaqa əsasən, 2-si azadlıqdan məhrum edilmiş 4 nəfərə 22 ilə qədər həbs cəzası istənilib. Xatırladaq ki, istintaq zəlzələdə 49 nəfərin öldüyü Emre yaşayış binası ilə bağlı aparılmışdı.
Qaziantep Baş Prokurorluğu tərəfindən tamamlanan istintaqla Emrə yaşayış binasının tikintisində məsul olan və 2-si həbs olunan 4 şübhəli üçün 22 il 6 ay həbs cəzası istənilib.
Əsrin fəlakətində mərkəzi Kahramanmaraşda, Qaziantepin Şehitkamil mahalına bağlı Batıkent səmtində yerləşən Emrə yaşayış binası da dağılıb. Uçmuş 11 mərtəbəli binanın dağıntıları altında qalan 49 nəfər həyatını itirib, 17 nəfər yaralanıb. Hadisədən sonra Qaziantep Baş Prokurorluğu Emre yaşayış binası ilə bağlı istintaq qrupu yaradıb.
İstintaq çərçivəsində ilk olaraq Emre yaşayış binasının tikintisinə məsul olan Ahmet Y. və Ali E., Nəzmi T. və Erol Ö. müttəhim kimi tanınaraq mühakimə olunublar. Tamamlanan istintaqla Emrə yaşayış binasının tikintisində məsul olan 2-si həbs olunan 4 şübhəli üçün 22 il 6 ay həbs cəzası istənilib. İstintaq çərçivəsində hazırlanan ittiham aktı 9-cu Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. İttiham aktında binanın standartlara və statik layihəyə uyğun tikilmədiyi vurğulanıb. İddianamədə Emre yaşayış binasından dağıntıların çıxarılması işləri davam edərkən hadisə yerinin tədqiq edildiyi və dağıntılardan nümunələrin götürüldüyü, fevralın 16-da ekspertlərlə birlikdə seysmik araşdırma aparıldığı bildirilib. Mütəxəssislərin apardığı ilk təsbitlərə əsasən beton və dəmir işlərinin qeyri-kafi olduğu, nizamsız aqreqatdan istifadə edildiyi, betonun keyfiyyətinin aşağı olduğu, bünövrə betonunda sürüşməyə imkan verən dairəvi çınqıllardan istifadə edildiyi vurğulanmışdır. Mənzilin mövcud standartlara və statik layihəyə uyğun tikilmədiyi vurğulanaraq, Emre yaşayış binasının arxitektura və statik layihələrinin bir-biri ilə uzlaşmadığı və bu uyğunsuzluq aradan qaldırılmadan binanın inşa edildiyi bildirilib.
Qəbul edilməlidir ki, tikintiyə cavabdeh olan şəxslər qanunvericiliyə uyğun hərəkət etmədikləri üçün şüurlu səhlənkarlıqla hərəkət ediblər...
Murad Şahməmməd