Aİ Ukrayna üçün mərmi istehsalına 500 milyon avro ayırıb
Avropa Parlamenti Avropanın müdafiəsini gücləndirmək və Ukraynaya dəstək strategiyasının tərkib hissəsi olan “Sursat istehsalına dəstək qanunu”nun qəbulu ilə bağlı ilkin razılığa gəlib.
Oxuməni.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bu qanunun qəbulu artilleriya sursatlarının və raketlərin istehsalı üzrə istehsal imkanlarının genişləndirilməsi üçün Aİ büdcəsindən təcili olaraq 500 milyon avro vəsaitin ayrılmasına imkan verəcək.
"Bugünkü razılaşma vasitəsilə Aİ Avropada sursat və raketlərin özünün istehsalını gücləndirəcək və sürətləndirəcək. Bu, Aİ-nin Ukraynanı dəstəkləmək, Aİ-nin müdafiə texnoloji və sənaye bazasını gücləndirmək kimi sarsılmaz öhdəliyinin daha bir sübutudur", - deyə hazırda Aİ-yə rəhbərlik edən İspaniyanın Müdafiə Naziri.Marqarita Robles bildirib.
Əziz Baş Göynüklü