Bayden: F-16-ların Türkiyəyə tədarükü Amerikanın maraqlarına uyğundur
Türkiyəyə F-16 qırıcılarının tədarükü Amerikanın maraqlarına uyğundur.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.
Öz növbəsində ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan qeyd edib ki, Bayden danışıqlar zamanı öz mövqeyini aydın və ardıcıl ifadə edib:
"Baydenin fikrincə, F-16 qırıcılarının satışı həm NATO alyansı, həm də ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlər üçün əhəmiyyət kəsb edir".
Bundan əlavə, Sallivan onu da bildirib ki, iki dövlət başçıları Kiyevə hərbi yardım məsələsini müzakirə ediblər və NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Əziz Salam
Digər xəbərlər