Bolton Ukraynanın NATO-ya daxil olması ilə bağlı söhbətləri vaxt itkisi adlandırıb
Ukraynanın NATO-ya daxil olması ilə bağlı yüksək səviyyəli danışıqlar vaxt itkisidir və yalnız Rusiyaya alyansda birliyin olmaması barədə yanlış siqnal verir.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi (2018-2019) Con Bolton Britaniyanın LBC radiostansiyasına müsahibəsində deyib.
Bolton qeyd edib ki, əgər Avropa ölkələri - NATO üzvləri, ilk növbədə Almaniya və Fransa ABŞ-ın 43-cü prezidenti (2001-2009) Corc Buşun dövründə Ukraynanın bloka qəbulu üçün sürətləndirilmiş prosedura razılaşsaydılar, bu gün Ukrayna ərazisində hərbi əməliyyatlar olmayacaqdı. Lakin indi, hərbi münaqişə şəraitində, siyasətçinin fikrincə, Ukraynanın alyansa daxil olması barədə danışmağın mənası yoxdur.
Əziz Baş Göynüklü, Oxumeni.az