Rus ordusunda təmizləmələr davam edir
Rusiyanın 58-ci Əlahiddə Ümumqoşun Ordu komandanlığından uzaqlaşdırılan general İvan Popov Suriyadakı rus qruplaşmasına “sürgünə” göndərilib.
Oxuməni.az xəbər verir ki, bu barədə The Insider yazıb.
Qəzet xatırladır ki, bundan əvvəl hava-desant qüvvələrinin keçmiş komandanı, 2022-ci ilin fevral-mart aylarında Kiyevə paraşütçü qrupunun hücumunun uğursuzluğuna görə məsuliyyət daşıyan Andrey Serdyukov Suriyaya göndərilib.
Həmçinin 7-ci Hava-Desant Hücum Diviziyasının komandiri, general-mayor Aleksandr Kornevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
Bundan əlavə, 90-cı Panzer Diviziyasının komandiri Ramil İbatullin və onun müavinlərinin saxlanıldığı bildirilir.
Əziz Mustafa, Oxumeni.az
Digər xəbərlər