Təyyarənin insanların olduğu anqara çırpılması nəticəsində 5 nəfər ölüb
Cessna təyyarəsinin Polşanın mərkəzində insanların olduğu anqara çırpılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumatına görə, paraşütçüləri havaya qaldırmaq üçün istifadə edilən təyyarə çətin hava şəraitində eniş zamanı insanların pis havadan gizləndiyi anqara çırpılıb.
Xilasedicilərin sözlərinə görə, təyyarənin pilotu və daha dörd nəfər həlak olub, beş nəfər yaralanıb. Daha əvvəl 10-a yaxın yaralı olduğu bildirilirdi. Xilasedici helikopterlər hadisə yerindədir.
Təyyarədə üç pilot olub. Hadisə nəticəsində öləndən başqa, ikinci pilot xəsarət alıb, üçüncüsü isə xəsarət almayıb.
Əziz Salamoğlu
Digər xəbərlər