Ən yüksək bayraq dirəyi
Bolqarıstan ən yüksək bayraq dirəyinə malik Avropa Birliyinin (Aİ) üzvü olub. Prezident Rumen Radovun dəstəklədiyi kampaniya çərçivəsində bayraq layihəsi üçün 500 min avro ianə edilib. Avropa Birliyinin (Aİ) üzvü olan Bolqarıstan nəhəng milli bayrağını Rodop dağlarında dalğalandırmağa başlayıb. Rekord uzunluqda olan bayraq bəziləri üçün qürur, bəziləri üçün isə istehza məsələsinə çevrildi.
Bolqarıstanı simvolizə edən nəhəng bayraq, keçən həftə prezident Rumen Radovun da qatıldığı mərasimlə 1100 kvadratmetr və 111 metrlik rekord hündürlüyə malik dirəyə qaldırılıb.
Bayrağın dalğalandığı Rojen zirvəsində hər il folklor festivalı təşkil edən və layihənin arxasında duran Simeon Karakolev, "Bu, bolqarları zənginləşdirməsə də, insanların mənəviyyatını yüksəldir" deyə bildirib. Rusiyayönlü prezident Radovun dəstəklədiyi kampaniya çərçivəsində layihə üçün 500 min avro ianə edilib. Yerli media bir çox şirkətlərin ianə layihəsində maraqlı olduğunu bildirib.
Digər tərəfdən, layihədə bəzi qanun pozuntularının olduğu iddia edilirdi. Prezident Radov bu cür təşəbbüsləri şərəfsizlik kimi qiymətləndirərək, “Yaşasın Bolqarıstan!” şüarları təşkil edilən mərasimdə nəhəng bayrağı qaldırıb.
Murad Şahməmməd