Çin liderinə yaxın olan nazir yoxa çıxıb, Qərb mətbuatı baş sındırır" - "The Guardian"
"57 yaşlı diplomat Pekinin ABŞ-la münasibətləri nizama salmağa cəhd etdiyi zaman yoxa çıxıb..."
"Çinin dünyada statusu və təsirini nəzərə alsaq XİN rəhbərinin 20 gündən artıq ictimaiyyət qarşısına çıxmaması çox qəribədir..."
Çin xarici işlər naziri Tsin Qan artıq üç həftədən çoxdur ki, ictimai məkanda görünməyib, bu da internetin Çin seqmentində onun taleyi barədə saysız-hesabsız gümanlar və fərziyyələrə səbəb olub.
Bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb.
Qeyd edilir ki, 57 yaşlı diplomat Pekinin ABŞ-la münasibətləri nizama salmağa cəhd göstərdiyi zaman yoxa çıxıb.
ÇXR lideri Si Tszinpinin etibarlı şəxsi hesab edilən Tsin Qan iyunun 25-dən, Pekində Şri-Lanka, Vyetnam və Rusiya məmurları ilə görüşdən sonra görünməyib.
Bu zaman Şin XİN rəsmi şəxsləri onların rəhbərinin taleyi barədə suallara anlaşılan cavab vermir. Ötən bazar ertəsi Xarici İşlər Nazirliyinin brifinqində onun nümayəndəsi Mao Nin Tsin Qanın harada olması barədə suala cavabında deyib ki, onun bu barədə məlumatı yoxdur.
Çində yüksək vəzifəli məmurların yoxa çıxması onların ciddi problemlərinin yaranmasından xəbər verə bilər, qəzet qeyd edir. Ona görə də Mao Ninin cavabı XİN rəhbərinin taleyi barədə çoxsaylı şayiələr və şübhələr doğurub.
"Bəyəm o, nə cavab verəcəyini bilmir?" - XİN-in videohesabatını Çinin "Weibo" sosial şəbəkəsinin istifadəçiləri şərh edib. "Belə cavab ciddi narahatlıq doğurur", - istifadəçilərdən biri yazıb.
"The Guardian" güman edir ki, Tsin Qanın yoxa çıxmasının müzakirəsi senzuraya məruz qalır. Bekə ki, əgər "Weibo"da "Tsin Qan haradadır" axtarişi versəniz, "nəticələr yoxdur" göstəriləcək.
CNN-nin məlumatına görə, Tsin Qanın üzdə olmaması yüksək vəzifəli amerikalı məmurların-ABŞ maliyyə naziri Canet Yellen və prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin Çinə son səs-küylü səfərləri fonunda daha nəzərə çarpıb. Həmçinin bu ayın əvvəlində Tsin Qan Avropa diplomatiyasının rəhbəri Jozep Borrellə görüşməli idi, lakin Pekin bu səfəri ləğv edib.
Ötən həftə çinli nazir Cənub-Şərqi Asiya Assosiyasiyası (ASEAN) dövlətləri baş diplomatlarının İndoneziyada keçirilən illik görüşündə də görünməyib. Onun əvəzinə oraya ÇKP MK Komissiyasının xarici işlər üzrə dəxtərxana müdiri Van İ göndərilib. Tsin Qanın görüşdə olmamasının "səhhəti ilə bağlı" olduğu izah edilib, lakin brifinqin stenoqramından bu ifadə dərhal çıxarılıb.
"Çinin dünyada statusu və təsirini nəzərə alsaq, həqiqətən də onun xarici işlər nazirinin 20 gündən artıq ictimaiyyət qarşısına çıxmaması çox qəribədir. Əgər yüksək vəzifəli məmurla bağlı nəsə baş verirsə, insanlar sual edir: onun ali liderlə münasibətləri pozulmayıb ki, bu, siyasi qeyri-sabitlik əlaməti deyilmi?"- bunu kommunist partiyasının keçmiş qəzet redaktoru, hazırda ABŞ-da yaşayan Den Yuven bəyan edib.
57 yaşlı Tsin Qan 2022-ci ilin dekabrında Çinin xarici işlər naziri təyin edilib. O, ABŞ üzərində Çinin casus hava şarı vurulandan, iki ölkə arasında münasibətlərin daha da gərginləşdiyi zaman Vaşinqtonun ünvanına sərt tənqidlə çıxış edib.
Eyni zamanda, diplomat amerikalılarla əlaqələrin nizama sallnması cəhdlərində həlledici rol oynayıb. O cümlədə , o, ABŞ Dövlət katini Entoni Blinkenlə onun Pekinə səfəri zamanı görüşüb.
Tsin Qanın XİN-də əsas posta yüksəlməsi praktiki olaraq ildırımsürətli olub. O, bu posta təyin edilən ən gənc şəxsdir. Bundan öncə o, XİN rəsmi nümayəndəsi olaraq Si Tszinpinin xarici səfərlərinin təşkilində fəallıq göstərib, bu da ona Çin lideri ilə bilavasitə işləmək imkanı verib və, görünür, onda yaxşı təəssürat yaradıb.
XİN rəhbərinin yoxa çıxmasını Sinqapur Milli Universitetinin əməkdaşı Yan Çun şərh edib. O, qeyd edib ki, Çində hər şey mümkündür. Tsin Qan həqiqətən qəzəbə gələ bilər və ya tezliklə heç nə baş verməmiş kimi ictimaiyyət qarşısına çıxa bilər.