Polşa "Vaqner"in hücumunu dəf etməyə hazırlaşır

Polşa "Vaqner"in hücumunu dəf etməyə hazırlaşır

21 İyul 2023 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın Müdafiə Nazirliyi "Vaqner" PMC-nin iştirakı ilə orada manevrlər keçirməyi planlaşdırdığına dair məlumatlara görə, ölkənin qərb hissəsindən şərqə, Belarusla sərhədə yaxın qoşun yeritmək qərarına gəlib.

Oxuməni.az xəbər verir ki, bunu cümə günü təhlükəsizlik məsələləri üzrə hökumət komitəsinin nümayəndəsi Zbiqnev Hoffman deyib.

"Komitə mümkün təhlükələri, o cümlədən "Vaqner Qrupu"nun bölmələrinin yerləşdirilməsini təhlil edib. Bununla əlaqədar, müdafiə naziri, komitənin rəhbəri Mariuş Blaşçak hərbi birləşmələrimizi Polşanın qərbindən şərqinə köçürmək qərarına gəlib", - deyə o bəyan edib

Hoffmanın qeyd etdiyi kimi, bu bölmələrin vəzifəsi potensial təcavüzkarın qarşısını almaqla yanaşı, təlimlər keçirməkdir.

Əziz Salamoğlu