Ərdoğan nazirlərlə Putinlə danışıqları müzakirə edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Nazirlər Kabineti ilə rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsi üzrə keçiriləcək danışıqları müzakirə etmək niyyətindədir.
Oxuməni.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.
Bundan əvvəl Ərdoğan jurnalistlərə açıqlamasında yaxın gələcəkdə Putinlə taxıl müqaviləsi üzrə danışıqları səbirsizliklə gözlədiyini bildirib. Türkiyə lideri Putinin avqustda Türkiyəyə planlaşdırılan səfərini də açıqlayıb, onun sözlərinə görə, səfər əvvəllər iki lider arasında müzakirə olunub.
Prezident Ərdoğanın ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra diqqət taxıl dəhlizi prosesinə yönəldilib.Prezident Ərdoğanın Nazirlər Kabinetinin iclasının əsas mövzularından biri olan taxıl dəhlizi sazişinin uzadılması üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığı bildirilir.
Əziz Mustafa