Qırğızıstan və Tacikistan sərhədində yeni münaqişə baş verib
Qırğızıstan və Tacikistan sərhədində sərhədyanı rayonların sakinləri arasında münaqişə baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə 24.kg-nin yaydığı məlumatda deyilir.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin mətbuat mərkəzinin verdiyi məlumata görə, insident Tacikistandan Qırğızıstan ərazisindən keçən Vorux anklavına gedən yolda baş verib.
“Qırğızıstan vətəndaşları şəxsi avtomobili ilə Ak-Sai-Kok-Taş avtomobil yolu ilə gedirdilər. Eyni zamanda, Vorux anklavından Xocai-Aalo kəndinə gedən Tacikistan vətəndaşlarına məxsus səkkiz avtomobil karvanı yol boyu hərəkət edirdi. Tacikistan vətəndaşları öz avtomobilləri ilə Qırğızıstan vətəndaşlarının avtomobilininin yolunu kəsməyə cəhd ediblər. Nəticədə Daça ərazisində Qırğızıstan və Tacikistan vətəndaşları arasında dava düşüb. Münaqişənin böyüməsinin qarşısını almaq üçün hadisə yerinə Qırğızıstan Daxili İşlər Nazirliyinin ərazi bölməsinin əməkdaşı gəlib. Lakin o, hadisə yerinə yaxınlaşan zaman Tacikistan vətəndaşları - Xocai-Aalo kəndinin sakinləri ona hücum ediblər. Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşı oradan çıxmağa müvəffəq olub, lakin Tacikistan vətəndaşları onu döymək istəyiblər, həmçinin avtomobilinin arxa güzgüsünü sındırıblar”, - deyə mətbuat mərkəzindən bildirilib.
İndi vəziyyət Qırğızıstanın Batken bölməsində və Tacikistanın İsfara hissəsində sərhəd nümayəndələri tərəfindən müzakirə edilir.
Əziz Baş Göynüklü