Çinin müdafiə naziri Moskva və Minskə səfər edib

Çinin müdafiə naziri Moskva və Minskə səfər edib

17 Avqust 2023 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyət orqanları Rusiya ilə Çin arasında münasibətlərin möhkəmlənməsindən təşvişə düşdükləri siqnalını verib və Pekinə Moskvaya hərbi yardımın göstərilməsinin ÇXR üçün “ciddi nəticələr” verəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə ABŞ Dövlət Departamentində Çinin müdafiə naziri Li Şanfunun Rusiya və Belarusa səfəri fonunda bildirilib.

“Biz Çin və Rusiya arasında davam edən yaxınlaşmadan narahatıq. Biz buna çox diqqət yetiririk”, - ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

Onun sözlərinə görə, Vaşinqton dəfələrlə Pekinə xəbərdarlıq edib ki, əgər Rusiyaya hərbi yardım göstərsə və ona “sanksiyalardan sistemli şəkildə yan keçməyə” kömək etsə, Çin “ciddi nəticələrlə” üzləşəcək.

Çərşənbə günü, avqustun 16-da çinli nazir Minskə gəlib. O, bundan əvvəl XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edib, Ordu-2023 forumunda iştirak edib və Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə bu il üçüncü görüşünü keçirib.

Əziz MUSTAFA