Avropa İttifaqı dekabrın 18-də Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edəcək

Avropa İttifaqı dekabrın 18-də Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edəcək

18 Dekabr 2023 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı işğalçı ölkə Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edəcək. Bu barədə “Politico” Aİ-nin naməlum diplomatına istinadən məlumat yayıb.

Diplomatlardan birinin sözlərinə görə, dekabrın 18-də sanksiyaların qəbulu üçün qısa yazılı prosedur baş tutacaq. Bundan əlavə, bu günə yeni məhdudiyyətlər paketinin rəsmi dərci nəzərdə tutulub.

Bu məlumat Avstriyanın 12-ci sanksiyalar paketi ilə bağlı qeyd-şərtlərini aradan qaldırdıqdan sonra ortaya çıxıb. Avstriya hökuməti Ukraynanın Raiffeisen Bank-ı beynəlxalq müharibə sponsorları siyahısına daxil etməsindən narazı olduğu üçün əvvəllər Aİ sanksiyalarını bloklayıb.

Dekabrın 17-də məlum olub ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik Avstriyanın Raiffeisen Bank International bank qrupunun beynəlxalq müharibə sponsorları siyahısında olmasını dayandırıb.

Oxuməni.az