Vladimir Putin G20 sammitində iştirak edə bilər
Braziliya hökuməti yaxın vaxtlarda keçiriləcək G20 sammitinə müxtəlif ölkələrin liderlərinə, o cümlədən Rusiya prezidenti Vladimir Putinə rəsmi dəvət göndərməyi planlaşdırır. Bu barədə Braziliya Xarici İşlər Nazirliyinin sosial kommunikasiyalar departamentinin rəhbəri Joel Sousa Pinto Sampaio RİA Novosti-yə bildirib.
"Gələcək həftələrdə biz bütün iştirakçı dövlətlərin başçılarına dəvət göndərməyi planlaşdırırıq",- deyə Sampaio bəyan edib.
Braziliya 2023-cü il dekabrın 1-dən G20-yə sədrlik edir və yekun sammit 18-19 noyabrda Rio-de-Janeyroda keçiriləcək.
Oxuməni.az
Digər xəbərlər