Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi elan edilib

Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi elan edilib

19 İyul 15:15
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzi, qurumun saytındakı proqnoz xəritəsinə əsasən, tufanla əlaqədar Moskva və Moskva vilayətində cümə axşamı axşama kimi hava şəraitinin “narıncı” səviyyədə təhlükəsi elan edib.

“Təhlükəli hadisələrin intensivlik dərəcəsi: narıncı - hava təhlükəlidir. Təbii fəlakətlər və dağıntıların baş verməsi ehtimalı var”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, iyulun 19-u saat 21:00-dək Moskva və Moskva vilayətində bəzi yerlərdə yağış, şimşək çaxacağı, küləyin sürətinin saniyədə 15 metrə çatacağı gözlənilir.

Oxuməni.az