NATO-nun Ali Baş Komandanı: Ukraynanın “gözəl strategiyası” var, amma...
NATO-nun Avropadakı ali müttəfiq qüvvələrinin komandanı general Kristofer Kavoli Aspen İnstitutunda müzakirələr zamanı bildirib ki, Ukraynanın Rusiyaya qarşı mübarizədə “əlamətdar strategiyası” var, lakin döyüşün gedişatını proqnozlaşdırmaq getdikcə çətinləşir. Bu barədə Amerikanın Səsi yazır.
Kavoli qeyd edib ki, müharibənin gedişi “güc yaratmaq” bacarığından asılı olacaq. Xüsusilə, hansı tərəf “keyfiyyətli gücü daha sürətli toplaya və fürsət pəncərəsi olduğu halda ondan faydalana” biləcək.
Eyni zamanda, general qeyd edib ki, ukraynalılar hazırda belə bir güc yaradır və öz strategiyalarını məharətlə qururlar: “Son bir neçə ayda ukraynalılar əsas diqqəti şərq ərazilərinin qorunmasına yönəldiblər, Rusiyanın Krımdan və Ukraynanın cənubundan sərbəst istifadə etməyə imkan vermirlər. Qara dənizə çıxış imkanlarını qoruyarkən və güc istehsal etməklə hücum üçün. Ona görə də düşünürəm ki, onların əla strategiyası var”.
Oxuməni.az