ABŞ-da vitse-prezidentliyə namizədin korteji qəzaya düşüb
ABŞ-ın vitse-prezidentliyinə namizəd Tim Valzın kortejinin avtomobilləri Viskonsin ştatının Milvaukee şəhərində seçki kampaniyasına gedən zaman qəzaya düşüb.
Bu barədə The Hill xəbər verir.
Jurnalistlərlə avtomobil toqquşanda müxbirlərdən birinin qolu sınıb. Volzun karvanında olan digər media mənsubları sıyrıqlar və qançırlar, digər jurnalist isə beyin silkələnməsi keçirib.
Dayandıqdan sonra müxbirlər və işçilər yeni mikroavtobuslara köçürülərək yollarına davam ediblər. Qəzanın səbəbi rəsmi olaraq məlum deyil.
Qeyd olunur ki, Volzun olduğu avtomobil qəzaya uğramayıb və planlaşdırılan seçki tədbirinə qədər hərəkətini davam etdirib.
Oxuməni.az
Digər xəbərlər