İraqda  4 İŞİD lideri öldürülüb

İraqda 4 İŞİD lideri öldürülüb

14 Sentyabr 12:33
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İraq Təhlükəsizlik Qüvvələri avqustun 29-da İraqın qərbində birgə reyd keçirib və nəticədə 4 İŞİD lideri öldürülüb.

Bu barədə X sosial şəbəkəsində CENTCOM məlumat yayıb..

Əməliyyat terrorçu liderləri hədəfə alıb və İŞİD-in İraq vətəndaşlarına, eləcə də regionda və onun hüdudlarından kənarda ABŞ vətəndaşlarına, müttəfiqlərinə və tərəfdaşlarına qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək qabiliyyətini pozmaq və zəiflətmək məqsədi daşıyıb.

Reydin nəticələrinin cari qiymətləndirilməsinə əsasən, Mərkəzi Komandanlıq İŞİD-in dörd liderinin məhv edildiyini təsdiqləyib.

Oxuməni.az