Blinken Bakıda keçiriləcək COP29-da iştirak etməyəcək

Blinken Bakıda keçiriləcək COP29-da iştirak etməyəcək

1 Noyabr 15:17
Bəyəndim (9) Bəyənmədim (0)


Blinken Bakıda keçiriləcək COP29-da iştirak etməyəcək
ABŞ-ın dövlət katibi Entoni Blinken Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak etməyəcək. Noyabrın 11-dən 22-dək ölkənin 20-dən çox nazirlik, idarə və təşkilatından yüksək vəzifəli ABŞ rəsmiləri iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderliyini vurğulamaq və BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) davamlı, razılaşdırılmış nəticələrə nail olmağa və çalışmaq üçün Azərbaycana səfər edəcəklər,Dövlət Departamenti xəbər verir.
ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək.
Məlumata görə, nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri Tomas Vilsak, energetika naziri Cennifer M. Qranholm, prezidentin köməkçisi və Ağ Evin iqlim məsələləri üzrə milli müşaviri Əli Zaidi, Ağ Evin ətraf mühitin keyfiyyəti üzrə şurasının sədri Brenda Mallori, energetika nazirinin müavini David Terk, Daxili İşlər Katibinin müavini vəzifəsini icra edən Laura Daniel-Devis, Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini vəzifəsini icra edən Ceyn Nisida, Ticarət Katibinin Okean və Atmosfer Məsələləri üzrə Müşaviri və Milli Okean və Atmosfer Administrasiyasının Administratoru Rik Spinrad, Silah və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibinin müavini Bonni Jenkins daxildir.
“Bundan əlavə, ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə ilə əlaqəsi, maliyyə, ərzaq təhlükəsizliyi, gender problemləri, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı problemləri və s.problemlərlə bağlı dövlət rəsmilərinin də qatılacağı gözlənilir”- Dövlət Departamenti bildirib.
Almaz Həsənli