ABŞ ordusu İraq və Suriyada rekord sayda İŞİD terrorçusunu məhv edib
Avqustun sonundan bəri Yaxın Şərqdəki ABŞ qüvvələri İraq və Suriyada onlarla əməliyyatlar zamanı 163 İslam Dövləti yaraqlısını öldürüb, daha 33-ü əsir götürüb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verir.
Qeyd olunur ki, avqustun 29-dan indiyədək 95-dən çox “İŞİD-i məğlub et” əməliyyatı həyata keçirilib. Onlardan bəziləri Suriyada zərbələr endirib. Nəticədə 30-dan çox yüksək və orta səviyyəli İŞİD liderləri də daxil olmaqla 163 terrorçu öldürülüb, 33-ü əsir götürülüb.
"Bu uğurlu əməliyyatlar gələcək hücumlara kömək edə biləcək xeyli miqdarda düşmən texnikasının ələ keçirilməsi ilə nəticələnib. İŞİD liderlərinə davamlı təzyiq onların əməliyyat və hücumları planlaşdırma qabiliyyətinə mane olub", - deyə məlumatda bildirilir.
Oxuməni.az