Avropa Şurası Nazirlər Komitəsinin iclası təxirə salınıb
Avropa Şurası Nazirlər Komitəsinin may ayında keçirilməsi planlaşdırılan iclası təxirə salınıb.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin iclası noyabrda keçiriləcək.
XİN başçısı qeyd edib ki, Gürcüstan mayın 15-də Avropa Şurasına prezidentliyi Yunanıstana təhvil verəcək.
D. Zalkaliani vurğulayıb ki, təhvilvermə mərasimi distant şəkildə keçiriləcək.
Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən ilin noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib.
Oxuməni.az
Digər xəbərlər