Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb

Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb

12 Avqust 2020 10:10
Bəyəndim (3) Bəyənmədim (0)

Livanın paytaxtı Beyrutun mərkəzində etiraz aksiyasının iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, toqquşmalar nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyətindən bildirilib ki, toqquşmalarda 42 nəfər xəsarət alıb, onlardan 10 nəfəri yaralanıb və xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Livanda hökumətə qarşı etiraz aksiyaları keçirilir.

Oxuməni.az