
Dövlət Duması Rusiya Federasiyasında benzin satışına kvota tətbiq etməyi təklif edib
Rusiya Federasiyasının Dövlət Duması daxili bazara benzin tədarükü üçün kvotaların tətbiqini və birjada yanacağın satış payının 13%-dən 20%-ə qədər artırılmasını təklif edib. Bu barədə “İzvestiya” qəzeti yazır.
Deputatlar hesab edir ki, bu tədbirlər benzinin pərakəndə satış qiymətlərində xeyli artımın qarşısını almağa kömək edəcək. Sankt-Peterburq birjasının məlumatlarına əsasən, qiymət artımı ilə bağlı narahatlıqlar birjada benzinin qiyməti iyulun əvvəlindən 12,2% bahalaşdıqdan sonra yaranıb.
İyulun 29-da Dövlət Dumasının Şurasında və Energetika Nazirliyində qiymət məsələləri müzakirə olunub. Bahalaşmanın əsas səbəbləri neft emalı zavodlarında aparılan təmir işləri, logistika ilə bağlı problemlər və yanacaq şirkətlərinin alqı-satqıda iştirakı olub.
FAS həmçinin bəzi bölgələrdə yanacağın pərakəndə satışında pozuntular barədə məlumat verib.
Oxuməni.az