Gürcüstanla Azərbaycan gömrük sazişi bağladı

Gürcüstanla Azərbaycan gömrük sazişi bağladı

17 Mart 2014 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan və Azərbaycan gömrük sahəsində əməkdaşlıq haqqında saziş bağlayıb. Məlumata görə, sənədi Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Qvaramadze və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev imzalayıblar.

Sazişin imzalanması mərasimi Avropa Gömrük Administrasiyaları Beynəlxalq Konfransı çərçivəsində Tbilisidə baş tutub.

İ.Qvaramadze jurnalistlərə bildirib ki, bu, qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsini nəzərdə tutan vacib sazişdir: "Analoji sazişi bir çox dövlətlərlə imzalamışıq, yaxın qonşulardan isə yalnız Azərbaycan qalmışdı".