Aeroportda yeni avtobuslar işləyir
Heydər Əliyev adına beynəlxalq hava limanından şəhərin mərkəzi istiqamətində "Bakubus" MMC-yə məxsus avtobuslar ekspress xətt üzrə fəaliyyətə başlayıb.
"Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətindən bildirilib ki, ekspress avtobuslar səhər saat 6-dan gecə saat 12-dək hava limanı – "28 May" metro stansiyası və əks istiqamətdə "Koroğlu" metro stansiyası yaxınlığındakı dayanacaqda 1 dəqiqə dayanma fasiləsi ilə 30 dəqiqə intervalla xidmət göstərir.
"Bakubus"un ekspress avtobuslarından istifadə etmək üçün sərnişinlər hava limanının 1-ci və 2-ci terminallarının çıxışındakı dayanacaqlara yaxınlaşa bilərlər.
Mediainfo.az
Digər xəbərlər































































































