Rövnəq Abdullayev Rusiyaya gedəcək
Sentyabrın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində şelfin mənimsənilməsi (RAO/CİS Offshore) üzrə milli forum keçiriləcək.
Rusiya KİV-ləri xəbər verir ki, forumda Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev və s. iştirak edəcəklər.
Qeyd edək ki, forum çərçivəsində 2 plenar iclas və 10 dəyirmi masa təşkil olunacaq. Konfrans iştirakçıları 250-dən çox hesabat dinləyə biləcək.
Yeri gəlmişkən, tədbir çərçivəsində təşkil ediləcək sərgidə Azərbaycan, Norveç, Almaniya, Finlandiya, Fransa, Çin, Sinqapur və digər ölkələrdən 220-dən çox şirkət təmsil olunacaq.
Xatırladaq ki, bu forum Arktik və kontinental şelfin mənimsənilməsi ilə bağlı ən mühüm tədbirlərdən sayılır.
Mediainfo.az































































































