Yeni tikilən məktəblər Bilik gününə hazır olacaq

Yeni tikilən məktəblər Bilik gününə hazır olacaq

2 Sentyabr 2015 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

2015/2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil obyektlərinin tikintisi və təmiri başa çatdırılacaq, eyni zamanda yenilərinin təməli qoyulacaq.

Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə ki, Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki kollecinin, Bakı Rabitə və Nəqliyyat kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri yekunlaşb.

Mediainfo.az