
Tovuzda "Kuban" qazları saxlanılır - 7 kiloqramadək ət verir
Tovuzda Rusiya cinsi olan "Kuban" qazları saxlanılır.
Xezerxeber.az-ın məlumatına görə, "Kuban" qazları bir çox xüsusiyyətləri ilə yerli qazlardan fərqlənir. Yerlilərdən uzun boynuna, xarici görünüşünə və çəkisinə görə xeyli fərqlənən bu qazlar yaxşı bəsləndikdə 7 kiloqramadək ət verir. Daha çox qış fəslində əti yeyilən bu heyvanların tükü özündən bahadır. Bu qazın bir kiloqramı 15-20 manata satılır, yumurtasının qiyməti isə 50-60 qəpikdir.
35-40 yumurta verən qazlar əsasən qışın sonlarında, yazın əvvəlində cücə çıxarır.
Bu qazların digər ev quşlarından bir fərqi də baxımsız qaldıqda sahibini tərk etmələridir.
Soyuq muhitdə daha yaxşı inkişaf edən qazlar üçün təsərrüfat sahibi süni göl də düzəldib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: