Bakının bəzi mərkəzi rayonlarında içməli su fasilələrlə veriləcək

Bakının bəzi mərkəzi rayonlarında içməli su fasilələrlə veriləcək

24 Aprel 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə aprelin 24-də Nəsimi rayonunun S.Rəhimov küçəsində yeni çəkilmiş magistral xəttin (diametri 400 mm) şəbəkəyə qoşulması işləri aparılacaq. Bununla əlaqədar aprelin 24-də axşam saatlarına qədər Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Rəhimov, C.Hacıbəyli, Ə.Topçubaşov, R.Rza küçələrinə, Xətai prospektinə, həmçinin Dəmiryol vağzalı ətrafı əraziyə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

O.M.