.jpg)
Hökumət süni intellektdən getdikcə daha çox istifadə edir
Günümüzdə süni intellekt sürətli irəliləyişlər iqtisadiyyatı və cəmiyyəti yenidən formalaşdırmaq potensialına malikdir. Almaniya hökumətinin dövlət qurumlarında, xüsusilə də nazirliklərdə süni intellektdən istifadənin sürətlə artdığı bildirilir.
Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya hökuməti, nazirliklərdə və ictimai qurumlarda aktiv süni intellekt layihələri və tətbiqlərinin sayının bir ildə iki dəfədən çox artdığını açıqlayıb
Bildirilib ki, süni intellektdən istifadə nazirliklərdən asılı olaraq çox dəyişir. Hazırda İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi 44 layihə ilə birinci yerdədir.
Daxili İşlər Nazirliyi 40 layihə ilə süni intellekt tətbiqlərinin sayına görə nazirliklər arasında ikinci yerdə qərarlaşıb.
Süni intellekt tətbiqlərinin sayına görə 35 layihə ilə Kənd Təsərrüfatı və Qida Nazirliyi üçüncü, Nəqliyyat və Rəqəmsal İşlər Nazirliyi isə 30 layihə ilə dördüncü yerdə qərarlaşıb.
İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi mətn təhlili və ya transkripsiya kimi ümumi tətbiqlər üçün süni intellektdən istifadə etdiyi halda, Daxili İşlər Nazirliyi barmaq izi, sifətin tanınması, zərərli proqramların aşkarlanması, video görüntü məlumatlarının qiymətləndirilməsi və qatar stansiyalarında təhlükənin qarşısının alınması üçün süni intellektə üstünlük verir.
Kənd Təsərrüfatı Nazirliyi meşə yanğınlarını daha tez aşkar etmək və onlarla daha effektiv mübarizə aparmaq üçün süni intellektdən, Nəqliyyat və Rəqəmsal İşlər Nazirliyi isə hava və iqlim proqnozları üçün süni intellektdən istifadə edir.
Federal hökumət ölkədə kəşfiyyat orqanlarının süni intellektdən istifadə etməsi barədə məlumat verməyib. Qeyd edilib ki, bu məlumat “dövlətin təhlükəsizliyi üçün məxfi saxlanılmalıdır”.
Oxuməni.az