Türkiyənin əhalisi 2025-ci ildə 86 milyon 92 min 168 nəfər olub
Türkiyə Statistika İnstitutu Ünvan Qeydiyyat Sistemi (ADNKS) nəticələrini açıqlayıb. 31 dekabr 2025-ci il tarixinə Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər təşkil edib. Türkiyə əhalisi 2025-ci ildə əvvəlki ilə nisbətən 427 min nəfər artıb.
Oxuməni.az xəbər verir ki, kişi əhalisi 43 milyon 59 min 434 nəfər, qadın əhalisi isə 43 milyon 32 min 734 nəfər olub.
Ünvan Qeydiyyat Sistemi (ADNKS) nəticələrinə görə, ölkədə yaşayan xarici əhalinin sayı əvvəlki ilə nisbətən 38 min 968 nəfər artaraq 1 milyon 519 min 515 nəfərə çatıb. Bu əhalinin 49,3%-i kişilər, 50,7%-i isə qadınlardan ibarətdir.
2024-cü ildə əhalinin illik artım tempi hər min nəfərə 3,4, 2025-ci ildə isə hər min nəfərə 5 nəfər olub.
Türkiyədə 2024-cü ildə əyalət və rayon mərkəzlərində yaşayan əhalinin payı 93,4%, 2025-ci ildə isə 93,6% təşkil edib. Digər tərəfdən, şəhər və kəndlərdə yaşayan əhalinin payı 6,6%-dən 6,4%-ə enib.
Almaz Həsənli



















































































