Norveç parlament komitəsi ölkənin Xarici İşlər Nazirliyində Epşteyn işi ilə bağlı araşdırma başladacaq

Norveç parlament komitəsi ölkənin Xarici İşlər Nazirliyində Epşteyn işi ilə bağlı araşdırma başladacaq

11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb mediasının çərşənbə axşamı verdiyi məlumata görə, Norveç parlamentinin nəzarət komitəsi ölkənin Xarici İşlər Nazirliyində maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı araşdırma başlatmaq qərarına gəlib.

KİV-in komitə sədri Per-Villi Amundsenə istinadən verdiyi məlumata görə, "Norveç parlamentinin nəzarət komitəsi Xarici İşlər Nazirliyinin Ceffri Epşteynlə əlaqələri ilə bağlı xarici araşdırma başlatmaq üçün yekdilliklə razılığa gəlib ".

Bütün Norveç diplomatik xidmətini araşdırmaq üçün istintaq komissiyasının yaradılması gözlənilir.

Daha əvvəl Norveçin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi (Oekokrim) keçmiş Baş nazir Torbyorn Yaqland haqqında korrupsiya şübhəsi ilə araşdırma başlatmışdı. Qərar Epşteyn işi ilə bağlı bu yaxınlarda dərc olunmuş materialları təhlil etdikdən sonra verilib. Oekokrimin sözlərinə görə, məxfilikdən çıxarılan sənədlərdə Yaqlandın beynəlxalq vəzifələri zamanı hədiyyələr, səyahət kompensasiyası və kreditlər aldığına dair məlumatlar var. Agentlik qeyd edir ki, sözügedən dövrdə Yaqland Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrində çalışıb və müstəntiqlərin fikrincə, bu, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırma tələb edir.

Polis Norveç Xarici İşlər Nazirliyinə Yaqlandın beynəlxalq təşkilatın keçmiş rəhbəri kimi istifadə etdiyi diplomatik toxunulmazlığından məhrum edilməsi üçün sorğu təqdim edib.

Yaqland Norveçin Baş naziri (1996-1997) və Xarici İşlər naziri (2000-2001) vəzifələrində çalışıb. 2009-cu ildən 2019-cu ilə qədər Avropa Şurasının baş katibi vəzifəsində çalışıb. 2009-cu ildən 2015-ci ilə qədər Nobel Komitəsinə sədrlik edib.

Əziz Mustafa